AZ

Ayaks Bakıya ciddi itki ilə gəlir VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks” ciddi itki ilə üzləşib.Bizim.Media xəbər verir ki, komandanın bombardiri Vaut Veqhorst Erediviziyanın 15-ci turunda “Fortuna”yla matçda (3:1) topuğundan zədə alıb.

 

Niderland millisinin üzvü oyunu davam etdirə bilməyərək 28-ci dəqiqədə əvəzlənib. Futbolçunun son durumu barədə məlumat verilməsə də, onun Bakıdakı oyunda iştirakı sual altındadır.

ÇL-in 6-cı turunda baş tutacaq “Qarabağ” – “Ayaks” matçı 10 dekabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. (fanat.az)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
4
bizim.media

5Mənbələr