AZ

Pakistanda terror əməliyyatı 12 nəfər zərərsizləşdirilib

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pakistan ordusu Əfqanıstan və İran sərhədində yerləşən Bəlucistanın Kalat bölgəsində hərbi əməliyyat keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı şiddətli qarşıdurmalar yaşanıb və Hindistanın dəstəklədiyi iddia edilən 12 silahlı öldürülüb.

Yaraqlıların mənsubiyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Pakistanda terrorçular xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar təşkil edir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
525.az

1Mənbələr