Bakı. Trend:
Nigeriya federal hökuməti Niger ştatında terrorçular tərəfindənqaçırılan 100 tələbənin azad edilməsinə nail olub.
Trend xəbər verirki, məlumatı "Channels" telekanalı yayıb.
Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə Niger ştatınınPapiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkarlartərəfindən girov götürülərək naməlum yerə aparılıb. Onlardan 50nəfər qaçmağa nail olub. Hazırda 153 şagird və 12 müəllim hələ dəquldurların əsirliyindədir.
Ölkədə terrorçu qrupların məktəblərə hücumları son günlər artıb.Noyabrın 25-də hakimiyyət orqanları 17 noyabrda Kebbi ştatının Maqaqəsəbəsinə hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azadedilməsinə nail olmuşdu.
Məktəblərə hücumların sayının çoxalması səbəbindən Nigeriyaprezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-datəhlükəsizlik məqsədilə məktəblər bağlanıb, əlavə hərbi və polisqüvvələri bölgələrə yerləşdirilib.