AZ

Zığ yolunda sürət həddi endirilib

Paytaxtda yağışlı hava şəraiti səbəbindən Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saatadək azaldılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlayıb.

Qurum bildirib ki, sürət endirilməsi ilə bağlı yolboyu məlumat-sürət tabloları yenilənib və bütün elektron nişanlarda “sürüşkən yol” xəbərdarlığı aktiv edilib.

Mərkəz sürücülərə hava şəraitinə uyğun hərəkət etməyi və müəyyən edilən məhdudiyyətlərə əməl etməyi tövsiyə edir.

Seçilən
61
anews.az

1Mənbələr