AZ

Hindistanda klubda yanğın baş verib

Bakı. Trend:

Hindistanın Qoa ştatında yerləşən "Birch by Romeo Lane" klubundagüclü yanğın baş verib.

Trend xəbər verirki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Ştat rəhbəri Pramod Savanın "X"də açıqladığı rəsmi məlumataəsasən, hadisə nəticəsində aralarında üç-dörd turistin də olduğu ənazı 25 nəfər həyatını itirib.

Yanğın gecə yarısından az sonra məşhur çimərliklərdən birininyaxınlığındakı klub ərazisində alovlanıb. Üç nəfər yanıq xəsarətialıb, digər zərərçəkənlər isə əsasən tüstüdən zəhərlənib. Polisqurbanların çoxunun klub əməkdaşları olduğunu ehtimal edir.

Qoa Yanğından Mühafizə Xidmətinin rəisi Nitin Raker bildirib ki,hadisə vaxtı "alov şousu" nümayiş etdirilirmiş. Dekorativ taxtakonstruksiyalar dərhal alışaraq yanğının qısa müddətdə bütünərazini bürüməsinə səbəb olub.

Yanğın söndürüldükdən sonra bina möhürlənib. Yanğıntəhlükəsizliyi xidmətləri obyektin norma və tələblərə uyğunluğunuaraşdırmağa başlayıb.

Seçilən
17
az.trend.az

1Mənbələr