Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Al-Arabiya” telekanalı Suriya prezidenti Bəşər Əsəd və onun mərhum müşaviri Luna əl-Şiblın Rusiya prezidenti Vladimir Putinin zahiri görünüşünü müzakirə etdiyi videoyazını yayıb.Bizim.Media xəbər verir ki, 2024-cü ilin iyulunda avtomobil qəzasında aldığı xəsarətlərdən vəfat edən keçmiş prezident müşaviri Luna əl-Şibl Putinin görünüşü və səhhəti barədə istehza ilə danışıb:“Putinin necə şişmiş sifətini görmüsən?”Əsəd cavab verib: “Bunların hamısı əməliyyatlardandır.”Əl-Şibl sözünə belə davam edib:“Bəli, Putinlə bağlı hər şey əməliyyatlardır. O, 65 yaşındadır… bu video onu ciddi şəkildə rüsvay etdi.”
“Al-Arabiya” bildirir ki, bu kadrlar şənbə günündən etibarən efirə verilir, lakin çəkilişin dəqiq tarixi məlum deyil.
Xatırladaq ki, ötən ilin dekabrında devrilən Bəşər Əsəd siyasi sığınacaq kimi məhz Rusiyanı seçib və Putinin dəvətilə ailəsini götürərək Moskvaya qaçıb.
Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.