AZ

Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb - Prezidentin köməkçisi

Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük Biznes Forumu 2025” adlı tədbirdə deyib.

O bildirib ki 2021-24-cü illərdə Azərbaycanın qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.

“Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir”, -Şahmar Mövsümov qeyd edib.

Seçilən
113
15
herbiand.az

10Mənbələr