AZ

Azərbaycan tranzit-logistika habı və regional ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir - Şahmar Mövsümov

İqtisadi inteqrasiyanı və ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan hazırda 10 ölkə ilə azad ticarət sazişləri imzalayıb. Azad ticarət sazişləri ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Day.Az Trend-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində deyib.

Onun sözlərinə görə, rüsumların aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması ixrac əməliyyatlarını sürətləndirir, xərcləri azaldır və emal və qeyri-neft sektorlarının rəqabət qabiliyyətini artırır:

"Bu da tranzit yüklərin cəlb olunmasını asanlaşdırır, regional nəqliyyat dəhlizlərindən, həm Avropa-Asiya, həm də Şimal-Cənub istiqamətlərində istifadə imkanlarını artırır. Nəticədə Azərbaycan təkcə ixracatçı ölkə kimi deyil, tranzit-logistika habı və regional ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir".

Seçilən
54
3
day.az

4Mənbələr