Slovakiya Avropa İttifaqına üzv dövlətlərin daxili işlər nazirlərinin qarşıdan gələn iclasında qurumun miqrasiya paktını rədd edəcək.
Bunu ölkənin daxili işlər naziri Matus Şutay-Estok deyib.
"Biz qeyri-qanuni miqrasiyanı və qaçqınların Aİ ölkələri arasında məcburi bölüşdürülməsini rədd edirik. Bunun əvəzinə effektiv sərhəd mühafizəsinin tərəfdarıyıq və ərazimizdə kimin yaşayacağına qərar vermək üçün Slovakiyanın suveren hüququnda israr edirik", - deyə agentlik nazirdən sitat gətirib.
Xəbərə görə, Slovakiya qonşu Ukraynadan olan qaçqınları qəbul etməklə Aİ-nin digər üzv dövlətləri ilə həmrəylik nümayiş etdirir. Respublikada hər gün həmin ölkə vətəndaşlarından müvəqqəti müdafiə statusu almaq üçün onlarla müraciət qeydə alınır.
“Cebheinfo.az”