AZ

Tailand və Kamboca arasında qarşıdurma genişlənir - Döyüş təyyarələri havaya qaldırıldı

Tailand qonşu Kamboca ilə yaranmış sərhəd gərginliyi fonunda döyüş təyyarələrini havaya qaldırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Tailand ordusu açıqlama yayıb.

Tailand tərəfi döyüş təyyarələrinin cəlb olunmasının Kamboca ordusunun açdığı atəş nəticəsində 2 əsgərin ölümü və 4 hərbçinin yaralanmasına cavab olduğunu bəyan edib.

Kamboca Müdafiə Nazirliyinin rəsmisi isə Tailand hərbçilərinin ardıcıl 2 gündür Kamboca sərhədçilərinə atəş açdığını, amma buna cavab verilmədiyini açıqlayıb.

Qeyd edək ki, Kamboca-Tailand sərhəd münaqişəsi iki ölkə sərhədində 2008-ci ildə silahlı toqquşmalarla başlayıb. Münaqişənin kökündə Kamboca və Tailand krallıqları arasında Preahvihear məbəd kompleksi ətrafındakı ərazilərə dair əsrlər boyu davam edən mübahisədir. Ötən müddətdə insan ölümü ilə nəticələnən bir neçə atışma olub.

 

Seçilən
4
9
xezerxeber.az

10Mənbələr