Azərbaycan Premyer Liqasının XIV turunda bu gün növbəti oyunlar keçiriləcək.
Msport.az xəbər verir ki, əvvəlcə “Qəbələ” evdə “Turan Tovuz”u qəbul edəcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq. “Turan Tovuz” hazırda 24 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xala malik “Qəbələ” isə onuncudur.
Günün son matçı “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” evdə “Neftçi” ilə üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi görüşə saat 20:00-da start veriləcək.
“Sabah” 25 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 16 xala malik “Neftçi” isə səkkizincidir.
Premyer Liqa
XIV tur
8 dekabr
17:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı (3:0) məğlub edib, “Zirə” – “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1. XIV tura dekabrın 9-da yekun vurulacaq.