AZ

Rusiya Ukraynada daha 810 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 810 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 178 min 610 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 34 artilleriya sistemi və 1 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
19
missiya.az

10Mənbələr