AZ

Burada da Ermənistan bayrağı qaldırılır – Paşinyan

Erməni Apostol Kilsələrində Müqəddəs Liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edirəm.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır:

“Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır”.

Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir.

Seçilən
36
2
konkret.az

3Mənbələr