ABŞ Konqresi Suriyanın Baas rejimindən azadlığının ildönümündə "Sezar Aktı"nı qeyd-şərtsiz ləğv edib.
Publika.az xəbər verir ki, ABŞ Konqresi "Sezar Aktı"nı Milli Müdafiə Səlahiyyəti Aktının (NDAA) son versiyasına daxil etməklə qeyd-şərtsiz ləğvini təsdiqləyib.
Daha əvvəl Suriya Prezidenti Əhməd əş-Şaraa çıxışlarından birində "Sezar Aktı" sanksiyalarının ləğvi üçün ABŞ ilə əlaqələrin davam etdiyini və Tramp administrasiyasının bu təşəbbüsü dəstəklədiyi mesajını vermişdi.
Qeyd edək ki, 2019-cu ildə qəbul edilən "Sezar Aktı" Suriya xalqına qarşı müharibə cinayətlərinə görə keçmiş Suriya prezidenti Bəşər Əsəd də daxil olmaqla, keçmiş Suriya hökumətinə sanksiyalar tətbiq edən ABŞ qanunudur.