AZ

İcbari tibbi sığorta apteklərlə əməkdaşlığı genişləndirir

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin təminatında özəl apteklərlə əməkdaşlıq mexanizmləri genişləndirilir”.Metbuat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və Tibbi Vasitələr Şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentliyin təşkil etdiyi “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də məlumat verib. Elmin Quliyev bildirib ki, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq nəzərdə tutulur. Aptek lisenziyası olan və əczaçılıq üzrə sertifikasiyadan keçmiş mütəxəssislərlə təmin edilmiş apteklər Agentliklə əməkdaşlıq üçün könüllü şəkildə müraciət edə biləcəklər:

“Müraciət edən apteklərlə ambulator şəraitdə dərman vasitələrinin buraxılması üçün nəzərdə tutulmuş nümunəvi müqavilə formasına uyğun olaraq müqavilələr imzalanacaq. Əməkdaşlıq prosesinin bütün mərhələləri həmin müqavilələrdə təsbit olunmuş şərtlər əsasında tənzimlənəcək”.

Seçilən
84
1
metbuat.az

2Mənbələr