AZ

Dövlət Agentliyi dərman vasitələrinin şərti kompensasiya məbləğini müəyyən edəcək

Bakı. Trend:

Pozitiv siyahıda yer alan dərman vasitələrinin şərtikompensasiya məbləği ekvivalent dərman vasitələri arasındavahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidininqiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyənediləcək.

Trend xəbərverir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərmanvə tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev "Sağlam Dialoq:Media və Səhiyyə Kommunikasiyasında yeni Paradiqmalar" mövzusundatəşkil olunan təlimdə təqdimatı zamanı qeyd edib.

Onun sözlərinə görə, bu proses keyfiyyətli, effektiv vətəhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçininəczaçılıq bazarında azad rəqabətin artmasına da təsirgöstərəcək:

"Şərti kompensasiya məbləğinin 100%-i Agentlik tərəfindənqarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır.Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanınqiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən 12 AZNşərti kompensasiya məbləği təyin edilir və Agentlik bu məbləğin tamkompensasiyasını həyata keçirir".

Seçilən
60
7
az.trend.az

8Mənbələr