“TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti tərəfindən əhalinin və tibb işçilərinin maarifləndirilməsi məqsədilə ümumilikdə 22 maarifləndirici layihə və 8 videolayihə icra olunub”.
Bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.
E.Hidayətoğlu qeyd edib ki, gələn il müxtəlif media qurumları ilə strateji tərəfdaşlıqlar yaratmaq və birgə layihələrə başlamağı planlaşdırılıb.