"Azərbaycanda niyə bütün dükanlar market adlandırılır? Bu, doğru addım deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar çıxışı zamanı deyib.
O təklif edib ki, "Əkinçi" qəzetinin baş redaktoru, mətbuatımızın banisi Həsən Bəy Zərdabinin İçərişəhərdə olan heykəlinin yeri dəyişdirilsin.
"Azərbaycan Milli Ensiklopediyasının İçərişəhərdə yerləşən binasının qarşısında Həsən bəy Zərdabinin heykəli var. O mətbuatımızın ilk qəzetinin baş redaktoru olub, ona görə də heykəlin yeri dəyişdirilməlidir".
Əli Hüseynov