Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 8 dekabr, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha altı oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Toronto Reptors” evdə “Boston Seltiks”ə 113:121 hesabı ilə məğlub olub.
“Denver Naqqets” “Şarlott Hornets”i (115:106), “Memfis Qrizzlis” “Portlend Treyl Bleyzers”i (119:96), “Qolden Steyt Uarriors” “Çikaqo Bullz”u (123:91), “Los Anceles Leykers” “Filadelfiya”nı (112:108) “Oklahoma Siti Tander” isə “Yuta Caz”ı (131:101) üstələyib.
Qərb konfransına 47 xalla “Oklahoma-Siti Tander” başçılıq edir.
Şərq konfransının lideri isə 43 xalla “Detroit Pistons”dur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.