AZ

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunmuş voleybol turnirinə start verilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar voleybol üzrə xatirə turnirinə start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Oğuz Regional Voleybol Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 16 yaşadək oğlan və qızlardan ibarət 9 komanda mübarizə aparır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Açılış mərasiminin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra oyunlara start verilib.

Turnirin final oyunları dekabrın 11-də Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışın qalibləri kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.

-1 / 6

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr