ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Yeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qızı personajlarına rast gəlinmir.
Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızı olmaq istəyənlər Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı, müəyyən rüsum ödəməlidir.
Globalinfo.az bildirir ki, Modern.az məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, bugünədək Şaxta Baba və Qar Qızla bağlı heç bir müraciət daxil olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.