AZ

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 26-da, saat 11:00-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 12 daşınmaz əmlak çıxarılacaq. Bunlar, torpaq sahələri, qeyri-yaşayış obyektləri və əmlak kompleksləridir.

Əmlakların start qiyməti 2 500 – 850 min manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər dekabrın 19-na qədər qəbul olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
4
azpolitika.info

6Mənbələr