Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünyada medianı hökumət siyasətinin dəstəkçisinə ilk dəfə ABŞ çevirib və bu, I Dünya müharibəsi dövründə reallaşıb.
Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, I Dünya müharibəsi zamanı xalqın ABŞ hökumətinin müharibə ilə bağlı siyasətini dəstəkləməsi üçün Vaşinqton sadəcə qəzetlərin deyil, eyni zamanda filmlərin, ictmai plakatların da imkanlarından geniş istifadə edib. Əksər hallarda qəzet və ictimai plakatlarda yer alan mesajlar mediaya hökumət tərəfindən hazır mesajlar şəklində ötürülür, bu mesajlardan ictimai çıxışlar zamanı da geniş istifadə olunurdu. Sonradan ABŞ-da yaranan bu ənənə digər ölkələrə də yayılmağa, müxtəlif hökumətlər tərəfindən müxtəlif formada inkişaf etdirilməyə başlanıldı.
Qeyd edək ki, media bu gün hökumətlərin siyasətinin təbliğində əsas vasitələrdən biri hesab edilir və zamanla önəmi daha da artmaqdadır.
Seymur ƏLİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.