AZ

Şura əcnəbi sözlərlə bağlı kanallara xəbərdarlıq edəcək

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, son ik həftə ərzində aparılan monitorinq zamanı aparıcıların 3 minə yaxın əcnəbi söz işlətdiyi məlum olub:

"Prezident İlham Əliyevin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözün siyahısını çıxarıb verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın bu cür əcnəbi sözün işləndiyinin şahidi olduq.Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik".

AzVision.az

Seçilən
3
6
azvision.az

9Mənbələr