AZ

Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlıhəmkarı Abbas Əraqçi arasında təkbətək və geniş tərkibdə görüşlərkeçirilib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"hesabında paylaşım edilib.

Məlumata görə, tərəflər Azərbaycan və İran arasında xoş qonşuluqəlaqələrinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın carigündəliyi və perspektivlərini müzakirə ediblər.

Nazirlər siyasi məsləhətləşmələrdən Birgə Dövlət Komissiyasınavə geniş hüquqi müqavilə bazasına qədər güclü institusionalçərçivələrin Azərbaycan və İranın daha da gücləndirməyə sadiqolduqları sabit və gələcəyə yönəlmiş ikitərəfli münasibətlər üçünmöhkəm bir arxitektura təmin etdiyini vurğulayıblar.

Görüşdə həmçinin iqtisadi-ticarət əməkdaşlığını artırmaqyollarını və vasitələrini, xüsusilə də "Şimal-Cənub" BeynəlxalqNəqliyyat Dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonu iləAzərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələridaxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirilib.

Eyni zamanda, humanitar, xüsusilə də Bakı-Tehran/Təbriz arasındaaviareyslərin artırılması, təhsil, mədəniyyət və turizm sahələrindəəməkdaşlığa toxunulub.

Bundan başqa, BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistannormallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərindəmünaqişədən sonrakı yenidənqurma işləri barədə fikir mübadiləsiaparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Seçilən
60
14
az.trend.az

8Mənbələr