AZ

Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər sayəsində daha da güclənir

Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər sayəsində daha da güclənir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Xalqlarımız arasında dərin və möhkəm tarixi bağlar mövcuddur. Bu il iki ölkə arasında əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdı. Bunun bariz nümunələrindən biri İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri oldu. Bu gün keçirilən görüşümüzdə regional təhlükəsizlik, iqtisadiyyat, siyasət və digər sahələr üzrə geniş məsələlər müzakirə olundu”,- o qeyd edib.

Seçilən
32
teleqraf.com

1Mənbələr