AZ

AMB: "Milli Kredit Reytinq Mexanizmi tərtib edilib"

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Kredit Reytinq Mexanizmi tərtib edib.

FED.az xəbər verir ki, bunu AMB-nin Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

"Bu mexanizm beynəlxalq reytinq agentliklərinin istifadə etdiyi mexanizm kimidir - sektorda transparantlıq yaradır. ​Son nəticədə kredit riski azalıb, bu da nəticə etibarilə illik faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxarır", - deyə o qeyd edib. (Report)

Seçilən
4
1
fed.az

2Mənbələr