"Qarabağ"ın Gənclər Liqasının liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.
"Football-plus.az" xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Görüşü FIFA referisi Marton Ruş idarə edəcək. Ona Gerqo Viq-Tarsonyi və Balaş Şalay kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15.00-da start götürəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta