AZ

bp: Azərbaycanda iqtisadi aktivlik daha da artacaq  

Cari 2025-ci ilin yanvar-sentyabr aylarında bp şirkəti 170 milyon dollar dəyərində 6 min 250 idxal əməliyyatı həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən 2024-cü ildə idxal-ixrac əməliyyatının həcmi 130 milyon dollar olub.

“Bu artım onu göstərir ki, illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr meydana çıxır və həyata keçirilir, idxal-ixrac əməliyyatları daha aktiv formada reallaşır və heç bir şəkildə azalmır. Azərbaycanda iqtisadi aktivlik gələcək illərdə daha da artacaq”, - deyə B.Aslanbəyli əlavə edib.

Seçilən
110
2
azerbaijan-news.az

3Mənbələr