AZ

Azadlıq prospektində təhlükəli vəziyyət - FOTOLAR

Azadlıq prospekti 161 ünvanında yol kənarında yerləşən “drenaj lyuku” uzun müddətdir açıq vəziyyətdədir. 

“Cebheinfo.az” xəbər verir ki, görüntülərdən də məlum olduğu kimi, “lyuk”un üzərində heç bir xəbərdarlıq nişanı yoxdur.

Bu isə həm nəqliyyat vasitələri, həm də piyadalar üçün ciddi təhlükə yaradır.

Müxtəlif vaxtlarda çəkilən fotolardan aydın olur ki, sözügedən problem uzun müddətdir aradan qaldırılmır.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr