AZ

Qarabağ la oyun öncəsi Ayaks ın heyətində ciddi İTKİLƏR

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ayaks" komandasının iki əsas futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ" ilə keçirəcəyi oyunda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Milli.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Fred Qrim açıqlama verib. O bildirib ki, komandanın 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylorun vəziyyəti barədə son qərarı həkimlər verəcək.

Bundan əlavə, "Ayaks"ın əsas hücumçusu Vaut Veqhorst Niderland çempionatında "Fortuna" ilə görüşdə (3:1) zədələnərək birinci hissədə oyunu tərk edib. Onun da Bakıda "Qarabağ" ilə qarşılaşmada oynayıb-oynamayacağı dəqiq deyil.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
2
news.milli.az

3Mənbələr