AZ

Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır

Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır.

Məlumata görə, Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması üçün hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, yaşıl dövlət istiqrazlarının hazırlanması məqsədilə xüsusi çərçivə sənədi artıq tərtib edilib və sənədin qısa zamanda təsdiqlənəcəyi gözlənilir.

Bildirilib ki, bu istiqrazlar üzrə cəlb edilən vəsait yaşıl enerji və dekarbonizasiya ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Xüsusilə ekologiyaya mənfi təsir göstərən sahələr prioritet təşkil edəcək. Maliyyələşdiriləcək istiqamətlərə nəqliyyat sisteminin yenilənməsi, kənd təsərrüfatı, suvarma sistemləri və digər ekoloji layihələr daxil ola bilər. Məlumata görə, sənədin əhatə dairəsi kifayət qədər genişdir.

Qeyd edilib ki, yaşıl dövlət istiqrazlarının 2026-cı ildə buraxılması nəzərdə tutulur.

İş elanları AzVak.az-da

© APA

Azərbaycanda_yaşıl_dövlət_istiqrazlarıyaşıl_istiqrazlar_2026yaşıl_enerji_layihələridekarbonizasiya_maliyyələşməsiekoloji_investisiyalaryaşıl_maliyyələşdirmə_Azərbaycandövlət_istiqrazlarıekoloji_layihələr_nəqliyyatsuvarma_sistemləri_layihələrikənd_təsərrüfatı_ekoloji_layihələrdayanıqlı_inkişaf_maliyyəsiyaşıl_iqtisadiyyat_Azərbaycanyaşıl_innovasiya_finaslaşdırılmasıekoloji_dövlət_siyasətiistiqraz_bazarları_Azərbaycan
Seçilən
18
5
marja.az

6Mənbələr