AZ

Alimlər şad xəbəri çatdırdılar: Sümük və qığırdaqları cavanlaşdıran dərman hazırdır

Stenford Universitetinin alimləri yaşa bağlı oynaq xəstəlikləri ilə mübarizədə irəliləyiş əldə ediblər.

Publika.az xəbər verir ki, alimlər osteoartritə səbəb olan qığırdaqların aşınmasının qarşısını almağa qadir olan eksperimental dərman yaradıblar.

Onların kəşfinin açarı 15-PGDH fermenti olub ki, onun fəaliyyəti təbii olaraq yaşla artır və degenerativ prosesləri sürətləndirir.

Yenilikçi inyeksiya bu fermenti zərərsizləşdirir. 15-PGDH-nin bloklanması təkcə məhvi dayandırmır, həm də bərpaya başlayır. Gəmiricilər üzərində aparılan təcrübələr göstərib ki, dərman zərərli fermentin səviyyəsini kəskin şəkildə azaldır, sümük və qığırdaq sağlamlığı üçün vacib olan faydalı prostaqlandin konsentrasiyasını artırır. Bu, aktiv regenerasiyaya gətirib çıxarır: zədələnmiş yerlərdə yeni toxuma formalaşmağa başlayır və onun qalınlığı təxminən üç dəfə artır.

Heyvanlarda əldə edilən ümidverici nəticələr alimləri insanlarda klinik sınaqlara başlamağa sövq edib. İlkin məlumatlar bu prinsipin insan orqanizmində də işlədiyini təsdiqləyib: qığırdaq gənc, sağlam toxuma xüsusiyyətlərini əldə edərək bərpa olunma potensialını nümayiş etdirir.

Seçilən
41
publika.az

1Mənbələr