AZ

“Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək istəyirik” –İran XİN başçısı

Biz Azərbaycan–İran əlaqələrini daha da inkişaf etdirmək istəyirik, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində mövcud əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə bildirib.

Nazir Seyid Abbas Əraqçi Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazır olduqlarını söyləyib.

“İkitərəfli və üçtərəfli görüşlər regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacaq. Azərbaycanda bizə göstərilən çox gözəl qonaqpərvərlik üçün minnətdarıq”- deyə Əraqçi brifinqdə deyib.

“Biz Azərbaycanla bütün sahələrdə əlaqələri gücləndirmək və daha da irəli aparmaq istəyirik. İranda da fikir bu istiqamətdə qətiyyətlə formalaşıb və gələcəkdə əlaqələrin inkişafına çalışılacaq. Heç bir tərəf bizim əlaqələrimizə zərbə vurulmasına icazə verməməlidir”, – deyə o əlavə edib.

AzPost.az

Seçilən
15
6
azpost.info

7Mənbələr