Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının 15-ci turu çərçivəsində bu gün "Sabah"ın qonağı olacaq "Neftçi"nin önəmli oyuna saatlar qalmış heyətlə bağlı son vəziyyəti bəlli olub.
Bu barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı məlumat verib.
Klub rəsmisi komandada cəzalı və zədəli futbolçu olmadığını, flaqmanın "bayquşlar"a qarşı tam heyətlə mübarizə aparacağını bildirib.
Misli Premyer Liqasının 12-ci turunda "İmişli"dən alınan məğlubiyyətdən sonra (2:3) "xalq komandası"nın baş məşqçi Samir Abasov istefaya göndərilib. Onun postu müvəqqəti olaraq, klubun akademiyasında işləyən Sənan Qurbanova tapşırılıb.
Qeyd edək ki, "Sabah" - "Neftçi" oyununun start fiti 20:00-da səsləndiriləcək.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.