AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib.
“Bizi maraqlandıran və narahat edən bir sıra məsələlərlə bağlı sorğular göndərmişik. Alacağımız cavabların dolğun olması zəruridir. Bəzi suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur”, - Ceyhun Bayramov qeyd edib.
Nazir əlavə edib ki, Abbas Əraqçinin səfəri Azərbaycan–İran münasibətlərinin inkişafına mühüm töhfə verəcək: “Yaxın Şərqdə və regionumuzda baş verən proseslər, mina təhlükəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri və əhalinin geri qayıtması barədə iranlı həmkarıma məlumat verdim. İran XİN rəhbərinin Bakıda geniş proqramı var və bu səfər Azərbaycan–İran münasibətlərinin inkişafına mühüm töhfə verəcək”.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta