AZ

Türk ordusu hərəkətə keçdi: PKK ya qarşı böyük hücum

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Silahlı Qüvvələri eyni anda üç istiqamətdən - Afrin, Ras əl-Ayn və Hələbin şimal bölgəsindən Suriyaya daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, Türk bölmələrinin əsasən Menbic istiqamətində irəlilədiyi bildirilir. 

Eyni zamanda, rəsmi Dəməşq PKK teroror təşkilatının bir qolu olan Suriya Demokratik Qüvvələrinin nəzarətində olan Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərib.

Suriya qoşunlarına artilleriya dəstəyi və pilotsuz uçan aparatlarla kömək göstərilir.

Türkiyə ordusunun hərbi kalonu Deyr Balut sərhəd keçid məntəqəsinə daxil olub və Hələb əyalətinə doğru hərəkət edir.

Gecə saatlarında zirehli texnika və hərbi logistika bölmələrindən ibarət başqa bir kalon Ədvaniyə sərhəd-keçid məntəqəsindən sərhədi keçib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Türk ordusu PKK

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr