AZ

“Qarabağ”a GÖZLƏNİLMƏZ XƏBƏR – Üçüncü dəfə “Qarabağ” üçün Bakıya gəlir

“Qarabağ”ın UEFA Çempionlar Liqasının VI turunun “Ayaks”la oyununa təyinat alan FIFA referisi Rade Obrenoviç daha əvvəl Ağdam təmsilçisinin matçını idarə edib.

Teleqraf xəbər verir ki, sloveniyalı baş hakim 2021-ci ildə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Bakıda Şotlandiya “Aberdin”i ilə keçirdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsi görüşündə ədaləti qoruyub.

Obrenoviç “Qarabağ”ın 1:0 hesablı qələbə qazandığı oyunda ümumilikdə 6 sarı vərəqə göstərib. Bunlardan ikisi təmsilçimizin payına düşüb. Belə ki, Maksim Medvedevlə Patrik Andrade sloveniyalı hakim tərəfindən rəsmi xəbərdarlıq alıb.

ra1

Rade Obrenoviç “Qarabağ”ın 2022-ci ildə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Bakıda Çexiyanın “Viktoriya Plzen” klubu ilə 0:0 hesabı ilə heç-heçə etdiyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

Obrenoviç həmçinin Azərbaycanın U-21 millisinin 2016-cı ildə Sloveniyanın müvafiq komandası ilə keçirdiyi yoldaşlıq görüşündə də baş hakim olub. Millimiz həmin qarşılaşmada 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da keçiriləcək.

Seçilən
11
3
millitv.net

4Mənbələr