AZ

Bakı Yaradıcı Həftəsi əməkdaşlığı və mədəni irsi möhkəmləndirir - İƏT baş katibinin müavini

Bakı. Trend:

Biz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini və baxışınıyüksək qiymətləndiririk. Məhz onun sayəsində bu festival mümkünoldu.

Trend xəbər verirki, bunu bu gün İslam Əməkdaşlıq Təşkilatının baş katibininhumanitar, mədəni, sosial və ailə məsələləri üzrə müavini TariqƏl-Bahit Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı YaradıcıHəftə – 2025”in rəsmi açılış mərasimində deyib.

“Azərbaycan hər zaman İƏT təşəbbüslərinə dəstək verir vəxüsusilə mədəniyyət, humanitar proqramlar və iqtisadi inkişafsahələrində əməkdaşlığın gücləndirilməsində fəal iştirak edir. Ölkəregionda ümumi maraqların təşviqinə o cümlədən kreativ sənayesahələrinə ciddi sadiqlik nümayiş etdirir.

Bu festival bizim ümumi mədəni irsimizi əks etdirir, həmrəyliyigücləndirir və yeni tərəfdaşlıqlar üçün məkan yaradır. Bizsərgilərin, təhsil proqramlarının və yaradıcı tədbirlərinkeçirilməsində göstərilən səylərinə görə təşkilatçılara təşəkküredirik; bu təşəbbüslər turizm, innovasiya və mədəni mübadiləsahəsində əməkdaşlığı genişləndirir.

Tədbir həm şəxsi, həm də peşəkar əlaqələrin qurulmasına şəraityaradır, əngəllərin aradan qaldırılmasına kömək edir və qarşılıqlıanlaşma və əməkdaşlıq üçün pozitiv dinamika formalaşdırır. Bizəminik ki, elm, texnologiya, incəsənət və sosial dialoqunbirləşməsi inkişaf üçün yeni imkanlar açır”, - deyə o bildirib.

Onun sözlərinə görə, gələcəkdə müxtəliflik və mədəni zənginlikdəyərlərinə əsaslanan müsbət dəyişikliklər və tərəqqi gözlənilir.Kreativ sənaye dayanıqlı inkişafda mühüm rol oynayır,iqtisadiyyata, sosial sabitliyə və mədəni irsin qorunmasına töhfəverir. Bu sahə qlobal çağırışlara, məsələn, iqlim dəyişikliyi,ərzaq təhlükəsizliyi və sosial həssaslıq kimi problemlərə həllyolları təklif edə bilər.

“Beləliklə, festivalımız mədəni özünəməxsusluğun və irsinqorunmasının əhəmiyyəti barədə güclü mesajdır. Festival müsəlmandünyasının pozitiv imicini formalaşdırmaq, stereotipləri dağıtmaqvə qarşılıqlı etimadı gücləndirmək məqsədini daşıyır. Bu, biziümumi gələcək vizyonuna yönəldən canlı ideyalar məkanıdır.

Mədəniyyətin yumşaq gücü qlobal çağırışlara qarşı mübarizəaparmaq, tolerantlığı təşviq etmək, keyfiyyətli inkişafı və üzvdövlətlərin birgə rifahını təmin etmək üçün vasitə olur. Bizgəncləri ruhlandıran, yaradıcı təşəbbüsləri dəstəkləyən vəqarşılıqlı anlaşmanı gücləndirən bir platforma yaradırıq”, - deyə oəlavə edib və genişmiqyaslı tədbirin təşkili və iştirakına görəminnətdarlığını bildirib.

Seçilən
13
az.trend.az

1Mənbələr