AZ

“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət MəşğulluqAgentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli TəhsilTexnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holding”inmaliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin2025-ci ildə icrasına dair tədbir keçirilib.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamlarıvə biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlbolunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləriiştirak ediblər.

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizinəziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması iləbaşlayıb.

Sonra “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasınadair video çarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhidailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsindəaparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixiZəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə Nazirliktərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28,6min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib.Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlıişəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluqproqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluqproqramına cəlb olunduğunu bildirən Anar Əliyev “Qarabağ KOB-ları”layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onlarınailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edənmühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipiəsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundansonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib, sosial sahədədəstəyə görə KOBİA-ya, “Paşa Holdinq”ə və layihədə əməyi olanşəxslərə təşəkkür edib.

Milli Məclisin sədr müavini Musa Qasımlı “Qarabağ KOB-larılayihəsi”nin işğaldan azad olunmuş bölgələrdə kiçik və ortabiznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahınatöhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildədəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlarada tətbiq edilməsinin vacibliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-larılayihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstəriləndiqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibəiştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrininsosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasınadəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihəyeni biznes subyektlərinin yaradılması baxımından daəhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə,Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşaşəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes vəpeşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuraniştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləriistiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda dadavam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyəindiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsi2026-cı ildə də davam edərək, daha çox şəhid ailəsi və qazilərimizədəstək verməyə davam edəcəkdir.

Həmçinin, "Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş şəhidxanımı, “Oxloff” çörək və şirniyyat evinin təsisçisi SonaxanımAbbasova və "PAŞA Holding" MMC-nin direktor müavini RövşənAllahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.

Tədbir çəçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyəauksionu da keçirilib.

“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
“Qarabağ
Məqalədə:
Seçilən
58
12
az.trend.az

10Mənbələr