AZ

Azərbaycan Ermənistana neft məhsulları göndərəcək – Gürcüstan tranzit rüsumu almayacaq

Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilkin tranziti üçün rüsum almayacaq.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi açıqlayıb.

Məlumatda deyilir:

"Bu ilin 5 dekabrında Gürcüstan hökuməti tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranzitini həyata keçirmək üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yoluna yükün bu birdəfəlik dəmir yolu daşınmasını dərhal və tamamilə pulsuz həyata keçirmək tapşırılıb".

Seçilən
25
1
herbiand.az

4Mənbələr