AZ

“Terrorçu mən yox, onlardır” Əl Şaraadan iranlı jurnalistin sualına tutarlı cavab

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qətərin Doha şəhərində keçirilən beynəlxalq forumda İran əsilli britaniyalı jurnalist Kristiana Amanpur Suriya lideri Əhməd əş-Şaraaya təxribatçı sual verib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, jurnalist Suriya başçısına “terrorçu keçmişini” xatırladıb: “Sizin terrorçu hesab edildiyiniz dövr olub. Demək istəyirəm ki, “Əl-Qaidə”yə işləmisiniz. Bəs indi Sizin qəlbiniz, düşüncəniz, inamınız hardadır?”

Əl-Şaraa cavabında deyib ki, terrorçu o yox, günahsız insanları qətlə yetirənlərdir: “Bu gün dünyada xeyli siyasiləşmiş qərarlar və hökmlər verilir. Bir insanı terrorçu elan etmək üçün faktlar və sübutlar lazımdır… Terrorçu anlayışını dünya ölkələrinə tətbiq etsək görərik ki, Qəzzada 60 min günahsız insan qətlə yetirilib. Suriya rejimi ölkədə 14 ildə bir milyona yaxın insanı qətlə yetirib, 250 min insanın taleyi məlum deyil. Bu rejim 14 milyon insanın ölkəsini tərk etməsinə səbəb olub. Ancaq heç kim onu terrorçu adlandırmırdı. Biz İraqda, Əfqanıstanda müharibələr görmüşük. Orada ölənlərin böyük əksrəiyyəti günahsız insanlar idi. Onları öldürənlər isə əvəzində başqalarını terrorçu adlandırıblar. Odur ki, hesab edirəm son 25 ildə terrorçu adına kimlərin layiq oduğuna dair insanlarda artıq dəqiq təsəvvür yaranıb”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr