Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Fransada sabah büdcə səsverməsi keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, Milli Məclisin ikinci ən böyük solçu partiyası olan Sosialist Partiyasının (PS) lideri Olivye For, BFM TV-yə verdiyi açıqlamada sabahkı səsvermədə hökumətin sosial təminat büdcəsini təsdiqləyəcəklərini bildirib.
For deyib ki, əvvəlcə büdcə layihəsinə qarşı olsalar da, hökumətin pensiya islahatının dayandırılması da daxil olmaqla layihədə etdiyi bəzi dəyişikliklərdən məmnundurlar.
Hökumətin 2026-cı il büdcəsinə sosialistlərin dəstək verəcəyi açıqlansa da, parlamentin ən böyük solçu partiyası Boyun Əyməyən Fransa (LFI) və Respublikaçılar Partiyasının (LR) isə layihəyə dəstək verməyəcəyi bilinir.
Baş nazir Sebasten Lekorn 14 oktyabrda Prezident Emmanuel Makronun tapşırığı ilə mübahisəli pensiya islahatının 2027-ci ildə keçiriləcək prezident seçkilərinə qədər dayandırılması üçün parlamentə təklif göndərəcəklərini bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.