"Ukrayna, ABŞ və Rusiyanın Donetsk və Luqansk vilayətlərinin əraziləri ilə bağlı ortaq mövqeyi yoxdur. Hazırda danışıqlar faktiki olaraq dalana dirənmiş vəziyyətdədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, sülh planında çətin və ətraflı iş tələb edən məqamlar var:
“Donetsk və Luqansk vilayətlərinin ərazi məsələsində Amerika, Ukrayna və Rusiyanın mövqeləri fərqlidir”.