Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsünün əsas elementlərindən biri olan ərazi məsələsində ortaq nəticəyə gələ bilmirlər.
Zelenski vurğulayıb:
"ABŞ, Rusiya və Ukraynanın mövqeləri fərqlidir və Donbasla bağlı vahid fikir yoxdur. ABŞ-ın sülh planının iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər".
Ukrayna lideri qeyd edib ki, Vaşinqtonun təqdim etdiyi planın bir sıra həssas bəndləri - o cümlədən təhlükəsizlik zəmanətləri və şərq regionlarına nəzarət məsələsi - əlavə, daha dərindən müzakirə tələb edir.
Zelenski həmçinin Kiyevin mövqeyini xüsusi vurğulayıb:
"Kiyev mütləq şəkildə Qərb üzrə müttəfiqlər, ilk növbədə ABŞ ilə ayrıca təhlükəsizlik zəmanətləri sazişinin imzalanmasında israrlıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31