"AG Telekom" MMC (KATV1 brendi) şirkəti, “Rahat Telecom” MMC və “SN Telecom” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.
Marja.az-ın məlumatına görə, "Rahat Telecom" MMC şirkəti “AG Telekom” MMC-yə qoşulması nəticəsində ləğv edilir. Həmçinin “SN Telecom” MMC şirkəti də “AG Telekom” MMC-yə (VÖEN: 1700475461) qoşulması nəticəsində ləğv edilir.
"SN Telekom” MMC (SNTV) Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir.
SNTV brendi uzun illərdir ki, Sumqayıt şəhərində telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır. Şəhər sakinlərinin TV və İnternet istəklərini günün tələblərinə görə tam yerinə yetirir.
2005-ci ildə təsis olunmuş "Rahat Telekom" Azərbaycanın telekommunikasiya şirkətlərindən biridir. Şirkət 2008-də internet xidmətləri, 2012-də fiber-optik şəbəkələr və yüksək sürətli internet təqdim etməyə başlayıb.
KATV1 brendi ("AG Telekom" ) uzun illərdir ki, ölkənin telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır.