AZ

Goranboy rayonunda əmtəə bazarının göstəriciləri





2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 277475,1 min manatlıq istehlak malları satılmış və 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artmışdır.
Cədvəl 1

Pərakəndə ticarət dövriyyəsi, min manat

Göstəricinin
adı 2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin yanvar-sentyabr aylarında 2025-ci ilin yanvar-sentyabr aylarının 2024-cü ilin yanvar-sentyabr aylarına nisbəti, sabit qiymətlərlə, faizlə
Pərakəndə ticarət dövriyyəsi 277475,1 263148,1 100,6

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin ümumi həcminin 132145,9 min manatını və ya 47,6 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145329,2 min manatını və ya 52,4 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Cədvəl 2
Ticarət dövriyyəsinin strukturu, min manat

Göstəricinin adı 2025-ci ilin yanvar-sentyabr ayları Ümumi dövriyyədə xüsusi çəkisi, faizlə
Ticarət dövriyyəsinin həcmi - cəmi 277475,1 100,0
o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları 132145,9 47,6
qeyri-ərzaq malları 145329,2 52,4

2025-ci ilin yanvar-sentyabr aylarında topdansatış əmtəə dövriyyəsinin həcmi 15232,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,4 faiz çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 96483,6 min manatı və yaxud 34,8 faizi hüquqi, 180991,5 min manatı və yaxud 65,2 faizi fiziki şəxslərin payına düşür.




Cədvəl 3

Pərakəndə ticarət dövriyyəsi fəaliyyət bölmələri üzrə, min manat

Göstəricinin adı 2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin yanvar-sentyabr aylarında 2024-cü ilin yanvar-sentyabr aylarına nisbəti, sabit qiymətlərlə, faizlə

Pərakəndə ticarət dövriyyəsi - cəmi 277475,1 263148,1 100,6
o cümlədən:
hüquqi şəxslər 96483,6 59662,7 154,2
fiziki şəxslər 180991,5 203485,4 84,9

Qrafik 1
2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə
ticarət dövriyyəsinin strukturu, faizlə



2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə və topdansatış ticarət şəbəkələrində əmtəə qalığı 34649,9 min manat təşkil etmiş, bunun da 11416,4 min manatı və ya 32,9 faizi hüquqi şəxslərin, 23233,5 min manatı və ya 67,1 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür.

Goranboy Rayon Statistika İdarəsi






Seçilən
19
aia.az

1Mənbələr