AZ

İsveç CV90 PDM-ləri üçün Norveçdən PROTECTOR silah stansiyaları alır

Norveçin “Kongsberg Defence & Aerospace” (KONGSBERG) şirkəti və İsveç Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında PROTECTOR uzaqdan idarə olunan silah stansiyalarının tədarükü ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, İsveç Ordusunun “Combat Vehicle 90” (CV90) piyada döyüş maşınları (PDM) və digər nəqliyyat vasitələrinə quraşdırılacaq bu silah stansiyalarının alınmasına dair imzalanan müqavilənin dəyəri 400 milyon SEK-dən (42 milyon ABŞ dolları) çoxdur.

Bu satınalma İsveç Silahlı Qüvvələrinin CV90 PDM-lərinin üç variantı, həmçinin Ordunun digər nəqliyyat vasitələri üçün uzaqdan idarə edilən silah stansiyalarına olan tələbatını ödəyir.

Mövcud “PROTECTOR Nordic” silah stansiyasının modernləşdirilmiş variantı olan PROTECTOR RS4-ə, bir sıra vacib imkan və sensorlar inteqrasiya olunub.

KONGSBERG silah stansiyaları artıq “Common Armoured Vehicle System (CAVS) 300” və “Archer 8×8” zirehli maşınları üçün də əldə olunub.

Seçilən
10
poliqon.az

1Mənbələr