Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanındaStatistika Şurasının üzvlərinin siyahısında dəyişiklik edilib.
Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.
Sənədə əsasən, aşağıdakılar Şuranın üzvləri siyahısına daxilediliblər:
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi AparatınınMakroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini –iqtisadi statistika sektorunun müdiri Həsənov Ceyhun Rafiq oğlu
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini – Hüquqvə sosial tərəfdaşlıq şöbəsinin müdiri Hüseynzadə Samir Allahverənoğlu
- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri AbdullayevCəlal Rövşən oğlu.