AZ

İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. 

"Unikal" xəbər verir ki, dekabrın 8-də Bakı Konqres Mərkəzində festivalın rəsmi açılış mərasimi olub.

Mərasimdə bir sıra ölkələrdən mədəniyyət nazirləri, beynəlxalq təşkilatlardan rəsmi şəxslər, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və yaradıcı sənayenin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanda İslam irsinə dövlət qayğısını və ölkəmizin İƏT-lə, eləcə də müsəlman ölkələri ilə əməkdaşlığını əks etdirən videoçarx nümayiş olunub.  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək festival iştirakçılarını salamlayıb, tədbirin ölkəmizin mədəni həyatı üçün əlamətdar hadisə olduğunu bildirib.

Prezident İlham Əliyevin İslam dünyası ilə əlaqələrə böyük əhəmiyyət verdiyini deyən nazir Azərbaycan-İƏT əməkdaşlığının ildən-ilə inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə və dünyada İslam irsinin qorunması, bərpası və təbliğinə böyük diqqət göstərilir. Fondun dəstəyi ilə İslam abidələri təmir-bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Eyni zamanda ölkəmizdə İslam irsinin təbliğinə xidmət edən müxtəlif sənət layihələri həyata keçirilir.

Nazir çıxışının sonunda bu mötəbər tədbirə qatılan bütün qonaqlara təşəkkürünü bildirib, festivalın işinə uğurlar arzulayıb.

Sonra İslam Əməkdaşlıq Təşkilatı baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi, qurumun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi, Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno, Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi, Fələstin Dövlətinin mədəniyyət naziri İmadəddin Abdullah Salim Hamdan və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan çıxış edərək festivalın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər. 

Çıxışlarda Azərbaycanın İslam dünyasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.

Daha sonra videoinstalyasiya və bədii proqram təqdim edilib. Milli musiqi nömrələrinin yer aldığı proqram maraqla qarşılanıb.

Sonra qonaqlar Bakı Konqres Mərkəzində təşkil olunan Yaradıcı Kənd (Creative Village), Mədəniyyət və Yaradıcı Sənayelər (MYEXPO), İslam xəttatlıq sənəti, Omarket (Orient Film Market) və İ2C startap sərgiləri ilə tanış olublar.

Seçilən
22
1
unikal.az

8Mənbələr